15.03.2022 / 12:40
Avropada qazın qiyməti 1 200 dollardan aşağı endi
20654
Hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti cari ilin fevralın 28-dən bəri ilk dəfə 1 200 ABŞ dollarından aşağı enib.
Valyuta.az-ın məlumatına görə, 15 mart tarixində hərrac zamanı Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 191 dollar təşkil edib ki, bu da öncəki hesablama qiyməti (1 245 dollar) ilə müqayisədə 4,3% azdır.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum demək olar ki 3 900 dollaradək yüksəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay