Pərviz Şahbazov: "Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqli gələn il artacaq"
Gələn il Cənubi Qaz Dəhlizi vasitəsi ilə Avropaya qaz nəqli artırılacaq.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində təşkil edilən enerji təhlükəsizliyi ilə bağlı panel müzakirələrində çıxışı zamanı deyib.
"Cənubi Qaz Dəhlizi artiq ugurlu layihə olduğunu təsdiqləyib. Bu dəhlizlə artiq qaz Türkiyə və Avropaya nəql olunur. Bu vaxt artiq birlikte danışmağın zamanıdır. Cunki Azərbaycanın Xəzərdə nəhənq qaz yataqları var və mövcud infrastruktur yaxsi vəziyyətdədir. Energetika sahəsinde ən müxtəlif şirkətlər Azərbaycanla əməkdaşlığa cox boyuk maraq göstərir", - nazir bildirib.
Onun sözlərinə görə, Azerbaycanın energetika siyasətindən danışanda öncəliklə Türkiyə ilə çox sıx əməkdaşlığımızdan ve layihələrimizdən danişmalıyıq.
O bildirib ki, energetika sahəsində inkisaf Azerbaycan ve Türkiyə əlaqələrinin əsas sütunlarından birini təşkil edir: "Gələcək əməkdaşlıq üçün də energetika əsas mövzularımızdandır".
Nazir, enerji resurslarının nəqlində diversifikasiyanın vacibliyini də vurğulayıb: "Biz nələri balans ve stabilliklə ağıllı şəkildə edə bilərik deyə düşünürük. Enerji təhlükəsizliyinin Azərbaycan ücün vaz keçilməz amil olduğu da hərkəsə məlumdur. Məhz belə bir dövrdə, qeyd edə bilərəm ki, regionda və dünyada baş verən siyasi münaqişələr də, qaz bazarında qeyri-sabitliyi də özüylə birgə gətirir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay