Energetika
10.03.2022 / 18:11
Rusiyanın qaz ixracından gəlirləri rekorda çatdı
20511
İlkin məlumata görə, 2022-ci ilin yanvar ayında Rusiya təbii qazın ixracından əldə etdiyi gəlirlər tarixi maksimumu yeniləyib.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin açıqlamasında deyilir.
Belə ki, 2022-ci ilin yanvarında Rusiyanın təbii qaz ixracından gəlirləri 9,463 mlrd. ABŞ dollarına çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 3,393 mlrd dollar, 2021-ci ilin dekabrında isə 8,337 mlrd. dollar təşkil edib.
Qeyd olunur ki, hesabat dövründə Rusiyadan 29 ölkəyə ixrac olunan qazın həcmi 13,805 mlrd. kubmetr təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay