İtaliyanın enerji nəhəngi Rusiyadan neft alışını dayandırıb
"Eni” Rusiyadan neft və neft məhsullarının alınması ilə bağlı yeni müqavilələrin bağlanmasını dayandırıb".
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters” şirkətin mesajından sitat gətirərək məlumat yayıb.
Şirkət həmçinin qaz alışında baş verənləri yaxından izləyəcəyini vəd edib. Onun Qazpromla "al və ya ödə” prinsipinə əsaslanan uzunmüddətli qaz müqavilələri var.
"Eni” bildirib ki, Rusiyadan enerjiyə daha sərt sanksiyalar tətbiq olunarsa, o, "Avropa və İtaliya qurumlarının qəbul etdiyi hər bir qərarı tam şəkildə həyata keçirəcək”.
Aİ liderləri bu həftə Aİ-ni Rusiya enerjisindən, o cümlədən Rusiya qazından asılılıqdan tədricən qurtulmağa çalışacaqlarını bildiriblər.
Şirkət bundan əvvəl Qazprom ilə birgə layihə olan Rusiya qazını Türkiyəyə daşıyan "Mavi axın” boru kəmərindəki payını satacağını bildirmişdi.
Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri İtaliya Əlcəzair, Qətər və Azərbaycan kimi istehsalçı ölkələrdə alternativ qaz tədarükü mənbələrini təmin etmək üçün səylərini artırıb.
"Eni” Afrikadakı qaz yataqlarına sahibdir və Əlcəzairin dövlət enerji nəhəngi "Sonatrach” ilə strateji uzunmüddətli qaz müqavilələri var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay