BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
20240

ABŞ administrasiyası Rusiya Federasiyasının enerji sektoruna qarşı sanksiyalar tətbiq etməli və ABŞ-da enerji resurslarının istehsalını artırmalıdır. 

Valyuta.az "İnterfaks”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem bildirib.

O, ABŞ-ın Rusiyaya qarşı "energetika sektorundan silah kimi istifadə etməməsindən” narazılığını bildirib.

"Ən çox ağrıyan yerə vurmaq (...) mümkün deyilmi", - o deyib və ABŞ-da enerji istehsalını artırmağa çağırıb.

Bu arada Kanada hakimiyyəti Ukraynadakı vəziyyət fonunda Rusiya Federasiyasından neft idxalını qadağan etmək niyyətindədir. Bu barədə bazar ertəsi Kanadanın baş naziri Castin Trüdo keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu sənaye əvvəllər Rusiya prezidenti Vladimir Putinə və "onun oliqarxlarına” böyük qazanc gətirib.

Həmçinin, Kanada, Trüdonun dediyi kimi, Ukraynanı tank əleyhinə silah sistemləri və təkmilləşdirilmiş döyüş sursatları ilə təmin edəcək.

Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbas respublikalarının rəhbərlərinin "müraciətinə” cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. Rusiyanın hərəkətlərinə cavab olaraq Qərb ölkələri (ABŞ, Kanada, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya) Rusiya Federasiyasına qarşı maliyyə və iqtisadi sanksiyalar da daxil olmaqla, yeni, daha sərt sanksiyalar elan ediblər. Xüsusilə, Rusiya bankları, o cümlədən Sberbank, VTB, Novikombank, FC Otkritie və Sovcombank sanksiyalara məruz qalıb və bir sıra dövlət şirkətləri üçün xarici kapitalı cəlb etmək çətinləşib.

Daha sonra Aİ ölkələri və ABŞ sanksiyalara məruz qalan Rusiya banklarını beynəlxalq banklararası əməliyyatlar və SWIFT məlumat mübadiləsi sistemindən ayırmağa razılaşıblar. Bundan əlavə, Rusiya Bankının aktivlərinin dondurulması qərara alınıb ki, bu da onun beynəlxalq ehtiyatlardan istifadəsində çətinliklər yaradacaq. Aİ ölkələri, həmçinin Rusiya hökuməti ilə əlaqəsi olan varlı ruslara Aİ dövlətlərinin vətəndaşı olmağa və onların maliyyə sistemlərinə çıxış əldə etməyə imkan verən "qızıl pasportlar” adlanan vətəndaşlığın satışını məhdudlaşdırmaq üçün addımlar atılacağı bildirilib. Ukrayna Rusiyaya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə iddia göndərib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bank sədri edam cəzasına məhkum edildi

Bank sədri edam cəzasına məhkum edildi

Deputatdan pensiya yaşı ilə bağlı TƏKLİF

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manata yaxınlaşıb

Azərbaycanda bank kartlarının sayı 19 milyon ədədi keçdi

"Temu"dan şikayətlər ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi qurum niyə ləğv edilib?

Şəhid ailələri ilə bağlı daha bir - Qərar

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

Neftimizin qiyməti 75 dolları keçdi

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 23%-ə yaxın azalıb

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib

COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

Azərbaycanda qarın hündürlüyü 13 sm olub - FAKTİKİ HAVA

Bu ərazilərdə qaz olmayacaq

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Qazaxıstandan 1 manat 70 qəpiyə, Böyük Britaniyadan 80 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Qızıl və gümüş daha da bahalaşıb

Avro və rubl ucuzlaşdı - Məzənnə

Nazirliklərə kiberhücum edərək fərdi məlumatları əldə edən şəxslər məhkəmə qarşısında

Ağıllı eynəklərin qızıl dövrü: Bizə nə vəd edir? - SƏHƏR OXUSU

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin