Medvedev Avropanı qazı bahalaşdıracaqları ilə təhdid edib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanı qazın bahalaşacağı ilə təhdid edib.
Bu barədə siyasətçi öz "Twitter" hesabında paylaşım edib.
“Almaniyanın kansleri “Şimal axını 2” qaz xəttinin sertifikasiyasını dayandırmağı tapşırıb. Yaxşı, o zaman yeni dünyaya xoş gəlmisiniz. O dünyada ki avropalılar artıq yaxın zamanda qazın min kubmetrinə görə 2 000 avro ödəyəcəklər!”, - deyə ölkənin eks-prezidenti bildirib.
Qeyd edək ki, Almaniyanın kansleri Olaf Şolts Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırılmasını tapşırıb.
Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarmadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay