Energetika
13.02.2022 / 11:40
Koreya söz verdi: Lazım gələrsə, Avropaya qaz tədarük edərik
19663
Cənubi Koreyanın xarici işlər naziri Çon Iy Yon mətbuat konfransında bildirib ki, lazım gələrsə, Seul Avropaya qaz tədarük edə bilər. Eyni zamanda o, Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.
Valyuta.az xəbər verir ki, nazir Ukrayna böhranının yanlış ssenari üzrə getdiyinə əmin olduğunu bildirib.
O, eskalasiya səbəbindən qaz təchizatından məhrum qalmaqdan qorxan Avropa ölkələrinin liderlərini əmin edib.
Fevralın 12-də Cənubi Koreya, ABŞ və Yaponiyanın xarici işlər nazirləri arasında görüş keçirilib. Danışıqlarda Koreya yarımadası məsələsinə toxunulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay