BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ermənistanın hansısa vilayətindəki bitum sexinə ehtiyacı və ümumiyyətlə bu ölkədə marağı yoxdur”.

Valyuta.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O, bu barədə SOCAR-ın Ermənistanın Ararat rayonunun Surenavan kəndindəki Ermənistan-Rusiya birgə müəssisəsi - bitum zavodunu almaq istəməsi barədə erməni mətbuatının yazdıqlarına münasibət bildirərkən danışıb.

"Bu cür absurd iddialar SOCAR-ın miqyası ilə uzlaşmır. SOCAR - Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstanda ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkət, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür", - deyə İ.Əhmədov qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, SOCAR Ermənistanda bitum zavodunu almaq istəyir. Qəzat iddia edib ki, bu məsələ ilə bağlı Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olan şirkət Gürcüstanın vasitəçiliyi ilə danışıqlar aparır.

Araratdakı zavod 2006-cı ildən işə düşüb, Ermənistandakı “məxməri inqilab”dan il yarım sonra isə fəaliyyətini dayandırıb. Yeni hökumət yol tikintisi zamanı əsasən İrandan xammal alıb və bitum zavodunun məhsullarına ehtiyac olmayıb. Hazırda burada cəmi bir neçə işçi qalıb, müəssisənin telefon nömrələrinə isə cavab verilmir. Buna görə də nəşr bu məsələ ilə bağlı rəsmi şərh ala bilməyib.

Son xəbərlər

TƏBİB: Meymunçiçəyi daha çox gəmiricilərdən, primatlardan yoluxur

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Bakı-Sumqayıt qatarları qeyri-iş günlərində belə işləyəcək

TƏBİB: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil"

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Bayramda metronun "Bakmil" stansiyası iş günləri qrafiki üzrə çalışacaq

Son sutkada koronavirusa yoluxanların sayı açıqandı

Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını ediblər (YENİLƏNİB)

Şantaja SON: İnternetdə problemli fotolarınız varsa, nə etməlisiniz? - AÇIQLAMA

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşdi

Nazir: “Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb”

Rövşən Rüstəmov: "Yeni peykin yaradılması ilə bağlı bu il ərzində qərar veriləcək"

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Vilyam Hacıyev: "Otağımda aşkarlanan 6 milyon manat arvadımın babasından miras qalmışdı"

Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?

Orqan transplantasiyası ilə bağlı cərimələr - MƏBLƏĞ

Azərbaycanda fərdi uçot elektron qaydada aparılacaq

Sabah Azərbaycanda 29 dərəcə isti olacaq

Yeni cərimə müəyyənləşir - 5 min manata qədər

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Bütün xəbərlər