OPEC-in neft və neft məhsulları ixracından gəlirləri 43 faiz azalıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin neft və neft məhsulları ixracından əldə etdiyi gəlirlər 2020-ci ildə əvvəlki illə müqayisədə 43% azalaraq 321,078 mlrd. ABŞ dollarına enib.
Bu barədə OPEC-in illik statistik bülletenində xəbər verilir.
Bülletenə əsasən, OPEC ölkələrinin neft ixracı illik ifadədə 12,4% azalaraq gündəlik 19,7 mln. barelə enib. Təşkilatın qeyd etdiyi kimi, göstərici üzrə azalma artıq dördüncü ildir müşahidə olunur.
Qeyd olunur ki, ötən il OPEC-in neft məhsullarının gündəlik ixracı orta hesabla 3,48 mln. barel təşkil edərək illik ifadədə 0,4 mln. barel və ya 10,4% azalıb.
OPEC neft "səbətinin" qiyməti (bir neçə növ neftin arifmetik ortalaması) ötən il 41,47 dollar təşkil edib və 2019-cu ilin göstəricisi ilə (64,04 dollar) müqayisədə 35,2% azalıb.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay