OPEC: Rusiyada neft hasilatı 2026-cı ildən sonra sabitləşəcək
Rusiya 2026-cı ilədək yeni layihələrin başlaması və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində məhdudiyyətlərin başa çatması fonunda ortalama gündəlik neft və qaz kondensatı hasilatını 10,6 mln. bareldən 11,5 mln. barelədək artıra bilər.
Bu barədə OPEC-in "World Oil Outlook" (WOO) illik hesabatında xəbər verilir.
Hesabata əsasən, 2026-cı ildən sonra ölkədə uzunmüddətli yüksək istehsal səviyyəsi proqnozlaşdırılır, lakin 2045-ci ildən istehsalın azalması başlayacaq. Belə ki, 2045-ci il üçün Rusiyada ortalama gündəlik neft və qaz kondensatın istehsalı 11,3 mln. barelə enəcək.
Bununla belə, OPEC-in proqnozuna görə, Rusiya 2030-cu ilədək neft və qaz kondensatın istehsalı üzrə rekord göstərici (gündəlik 11,6 mln. barel) nümayiş edə bilər. Ölkə artıq bu göstəriciyə 2019-cu ildə nail olub.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay