BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
18562

Neft qiymətlərinin yüksək olacağı təqdirdə OPEC+ hasilat məhdudiyyətlərinin tezliklə götürülməsi məsələsini qaldıra bilər.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bu il neft qiymətlərinin dəyişmə dinamikası dünya iqtisadiyyatının və tələbin artması ilə əlaqəli olub: 

"İqtisadi artım proqnozlarının əsas amillərindən biri əhalinin COVID-19-a qarşı peyvəndlənməsi və bəzi ölkələrdə qapanmaların yumşaldılması və ya sərtləşdirilməsi ilə bağlıdır. Beləliklə, bütün dünyada neft qiymətləri epidemioloji vəziyyətlə birbaşa əlaqəlidir. Yayda "delta" ştammının sürətlə yayılması ilə əlaqədar dünya iqtisadiyyatının artım proqnozları azalmışdı və bu, neft qiymətlərinin qısamüddətli azalmasına səbəb oldu. Bu gün isə epidemioloji vəziyyət daha nikbin qiymətləndirilir ki, bu da neftə və digər məhsullara tələbin artmasına təsir edir. Neftin qiymətinə təsir etmiş digər amil isə Meksika körfəzində "İda" qasırğası ilə əlaqədar hasilatın azalması oldu".

Onun sözlərinə görə, neft bazarında tələb-təklif balansına təbii qaz bazarındakı cari vəziyyət də təsir edir: 

"Avropa qaz bazarı bir müddət əvvəl liberallaşdırılıb və qazın böyük hissəsi neft qiymətlərinə bağlı uzunmüddətli müqavilələr əsasında deyil, spot sövdələşmələr əsasında satılır. Bu, qaz qiymətlərinin stabilliyinin azalmasının nəticəsində baş verib. İndi analitiklər Rusiyadan Avropaya daxil olan qazın çatışmazlığını müzakirə edir. Ekspertlər hesab edir ki, Rusiya özünü qış üçün əhəmiyyətli qaz ehtiyatları ilə təmin etməlidir. Bütün bunlar ilin əvvəlindən mayeləşdirilmiş qaz qiymətlərinin artması fonunda baş verir. Yekunda Avropada təbii qazın spot qiymətlərinin misilsiz artımı müşahidə olunur. Hesab olunur ki, bazarın bir çox subyekti qazın bahalılığı və ya çatışmazlığı ilə əlaqədar elektrik enerjisi istehsalı üçün neft məhsullarından istifadə etməli olacaq. Beləliklə, qaz qiymətlərinin artımı neftə tələbatı da stimullaşdırır ki, bu da indi müşahidə etdiymiz neft qiymətlərinin artımının daha bir amildir".

İ.Əhmədov vurğulayıb ki, ortamüddətli perspektivdə neft qiymətləri dünyada epidemioloji vəziyyətdən və COVID-19 əleyhinə vaksinasiyadan, bu qışın iqlim şərtlərindən (soyuq qış enerji daşıyıcılarının daha çox bahalaşmasına yol aça bilər), ABŞ şist neft və qazı hasilatının artırılması perspektivindən, eləcə də OPEC+ ölkələrinin imkanları və iradəsindən asılı olacaq: 

"İstisna olunmur ki, hazırkı vəziyyətdə sonuncular neft hasilatına məhdudiyyətlərin götürülməsi məsələsini qaldıra bilər ki, bu da neftə tələbatın artımını müəyyən qədər neytrallaşdıra bilər".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin