Energetika
22.09.2021 / 16:20
Rusiyada "Aİ-95" markalı benzinin qiyməti rekord həddə çatdı
18456
Rusiyanın Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında "Aİ-95" markalı benzinin qiyməti növbəti dəfə rekord vurub.
Bu gün benzinin hər tonunun qiyməti 0,6 % artaraq 60,18 min rubl (1 402 manat) təşkil edib.
Bundan əvvəlki rekord bu il iyulun 22-də qeydə alınıb. O zaman bu markadan olan benzinin dəyəri bir ton üçün 60,03 min rubl (1 399 manat) olub. “Aİ-95”-in qiyməti növbəti dəfə sentyabrın 15-dən artmağa başlayıb və həmin vaxtdan bu yana benzin 3,2 % bahalaşıb.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay