TAP-ın gündəlik qaz nəqli 5 dəfə artıb
"Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) ilə gündəlik qaz nəqli 2020-ci ilin dekabrında istismara verildikdən sonra 4-5 milyon kubmetrdən 20-25 milyon kubmetrə çatıb.
Bu barədə İtaliya KİV-ləri məlumat verir.
Mənbənin məlumatına əsasən, boru kəmərinin buraxılış gücünün təxminən 95 faizi artıq rezerv olunub, beş faizi isə qaz birjasında satılır:
"Böyük ehtimalla, TAP bu il 10 milyard kubmetr buraxılış gücünə çatmasa da, illik nəql həcmi 7-7,5 milyard kubmetrə çata bilər. Belə ki, TAP AG konsorsiumunun məlumatına görə, boru kəməri tədarükün artırılması mərhələsindədir".
Qeyd edək ki, Trans-Adriatik qaz kəməri (TAP) İtaliyaya ildə 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə 1 milyard kubmetr qaz tədarük edəcək. Beynəlxalq Enerji Agentliyinin proqnozuna əsasən TAP növbəti iki il ərzində illik 10 milyard kubmetr qaz nəql etmək gücünə çatacaq. Bu günədək TAP beş milyard kubmetr Azərbaycan qazı nəql edib.
Mənbə: Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay