TAP “İlin təbii qaz, LNG və hidrogen layihəsi”ndə qalib oldu
Azərbaycana məxsus təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinda keçirilən “Gastech Awards 2021” tədbirində “İlin təbii qaz, LNG və hidrogen layihəsi" nominasiyasında qalib elan olunub.
Bu barədə TAP AG konsorsiumu xəbər verir.
TAP-ın İcraçı direktoru Luka Şkieppati (Luca Schieppati) bildirib ki, TAP-ı reallığa çevirmək, etibarlı, davamlı qaz ötürmə və saxlama variantı olması üçün əlavə addımlar atılıb:
“Bu mükafat layihənin planlaşdırılması və həyata keçirilməsi, tərəfdaşlar və maraqlı tərəflərlə əməkdaşlıq, sosial-ekoloji investisiyalar, layihənin hədəfə çatdırılması mövzusunda təhlükəsizlik, mükəmməllik və ən yaxşı təcrübəyə bağlılığımızı bir daha vurğulayır. Bu layihə Avropanın gələcəkdə dayanıqlı enerji mənbəyi ilə təmin edilməsi ilə nəticələnib”.
Xatərladaq ki, hər il baş tutan “Gastech Awards” mükafatı “Gastech” konfransı ərəfəsində təşkil edilir və təşkilatların, fərdlərin qaz sektorundakı üstün nailiyyətlərini qeyd edir.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.
Mənbə: Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay