“Equinor” Avropaya qaz tədarükünü artıracaq
Norveçin "Equinor" neft və qaz şirkəti oktyabr ayından hazırda "mavi yanacaq"ın defisitin yer aldığı Avropa bazarına qaz ixracını artıracaq.
"Equinor"in verdiyi məlumata görə, iki yataqda qaz hasilatının artırılması hesabına şirkət Avropa bazarına əlavə 2 mlrd. kubmetr qaz tədarük edəcək.
Məlumata görə, Norveç 2020-ci ildə əsasən digər Avropa ölkələrinə təxminən 112 mlrd. kubmetr qaz ixrac edib. Norveç qazı Avropa İttifaqının qaza olan tələbatının 20-25%-ni təmin edir.
""Equinor" və tərəfdaşları tələbin təklifi üstələdiyi Avropa bazarına tədarükünü təmin etmək üçün Norveç kontinental şelfində iki yataqdan qaz ixracatını artırmaq üçün icazə alıblar", - məlumatda qeyd edilir.
Xatırladaq ki, "Equinor" Azərbaycanda da təmsil olunur. Şirkət SOCAR-la "Qarabağ" yatağının işlənməsi və "Əşrəfi-Dan Ulduzu-Aypara" perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətində əməkdaşlıq edir. Bununla yanaşı, şirkətlər "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənilməsi layihəsində də iştirak payına malikdir (7,27%).
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay