BAKU Azərbaycan
18.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Bu gündən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına abunə yazılışı başlayır.

Valyuta.az xəbər verir ki, proses oktyabrın 29-na qədər davam edəcək.

Qiymətli kağızları həm ölkə vətəndaşları, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər ala bilər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcək (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər).

SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış köşkləndən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkündür. Proses "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC istisna olmaqla bütün investisiya şirkətlərini əhatə edəcək.

Bu, SOCAR-ın ölkə daxilində 2-ci istiqraz emissiyasıdır. Belə ki, şirkət ilk dəfə 2016-cı ildə dövriyyəyə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz (100 milyon dollarlıq) buraxıb. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdirilib. 5 il müddətinə buraxılmış və gələn ay tədavül müddəti başa çatan istiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödənilir.

Bu dəfəki istiqraz emissiyası da eyni şərtlərlə həyata keçiriləcək. Sadəcə istiqrazların illik gəlirliliyi 0,5 faiz bəndi az - 4,5 % təşkil edəcək.

Son xəbərlər

Mərkəzi Bank "FNC” BOKT-a lisenziya verib

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

“AzerGold”un ilk Satış və mübadilə mərkəzi fəaliyyətə başlayıb

ABŞ-da 1 trilyon dollarlıq platin sikkə buraxıla bilər

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

Xanm şöbə müdiri təyin edildi

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

Bitkoinin qiyməti 55 min dollara yaxınlaşdı

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

"BakuBus”un yarım milyonluq test xidməti

Prezidentdən icra başçısı təyinatı - SƏRƏNCAM

"Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik" - İlham Əliyev

Bank “BTB”də səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

Prezident səfiri geri çağırdı - Yeni təyinat

Dövlət satınalmaları barədə qaydalar dəyişib

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

Gürcüstan Azərbaycanla regional nəqliyyat layihələrini müzakirə edəcək

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Bütün xəbərlər