Energetika
17.09.2021 / 16:28
Avropada qaz anbarları 71 faiz dolub
18320
Avropa İttifaqında qaz anbarları 71 faiz dolub, bir il əvvəl isə bu göstərici 82 faizə bərabər idi.
Bunu Avropa Komissiyasının nümayəndəsi Vivian Lunela deyib.
O bildirib ki, Avropada təbii qaz qiymətinin rekord həddə yüksəlməsi bir sıra obyektiv amillərlə bağlıdır:
"İndi yüksək qiymətlər, əsasən pandemiyadan sonra iqtisadiyyatın bərpası nəticəsində artan qaz tələbatı ilə əlaqədardır. Eyni zamanda, Avropada CO2 tullantılarına kvotaların bahalaşması da buna təsir edib".
Qeyd edək ki, bir neçə gün əvvəl Avropa birjalalarında təbii qazın min kubmetri 970 dollara çatmışdı.
Mənbə: Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay