Neft ixracımızda İtaliya liderdir: Rusiya isə autsayder olaraq qalır (CƏDVƏL)
Cari ilin yanvar-avqust aylarında Azərbaycanın xam neft və xam neft məhsulları ixrac etdiyi ölkələr sırasında İtaliya birinci, Rusiya isə sonuncu yerdə dayanır.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hazırladığı aylıq hesabatda əks olunub.
Belə ki, hesabat dövründə bu ölkə ilə həyata keçirilən ixracın ümumi dəyəri 4 milyard 001 milyon 659 min ABŞ dolları, həcmi isə 8 milyard 936 milyon 547 min ton təşkil edib.
Yanvar-iyul aylarında isə ixracın ümumi dəyəri 3 milyard 652 milyon 876 min dollar, həcmi isə 8 milyard 317 milyon 020 min kub-metr olub. Bu da onu göstərir ki, bir ay ərzində 348 milyon 783 min dollar və ya 8,71 faiz həcmində isə cəmi 619 milyon 527 min kub-metr 6,93 faiz artım baş verib.
Yanvardan avqust ayına qədər Azərbaycandan Rusiyaya cəmi 312.56 milyon ABŞ dollar dəyərində və 646.79 milyon kub-metr həcmində adıçəkilən məhsul ixrac olunub. İyul ayına qədər isə bu ixracın dəyəri 232.64 milyon dollar, həcmi isə 487.77 milyon kub-metr olub.
Aydın olur ki, bir ay ərzində cəmi 79,92 milyon dollar və ya 25,57 faiz, həcmində isə 159,02 milyon kub-metr və ya 24,59 faiz artım baş verib.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay