BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
18240

“Azərbaycana idxal edilən benzinin qiymətlərində artımın qarşısının alınması üçün həmin marka yanacaqların yerli istehsalının daha qısa zamanda təşkili vacibdir. Dövlət Neft Şirkəti tərəfindən 2021-ci ildə “Avro-5” standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də, hələlik ölkəmizdə yalnız Aİ-92 markalı benzin və dizel email olunur”. 

Valyuta.az xəbər verir k, bu fikri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov səsləndirib.

Deputat düşünür ki, “Avro-5” standartına uyğun benzin istehsalı bir tərəfdən “Aİ 95” və “Aİ 98” markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına, digər tərəfdən isə idxal nəticəsində ölkədən valyuta axının qarşısını alınmasına səbəb ola bilər.

Ekspert qeyd edib ki, bu ilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar (88 milyon 763 min manat) dəyərində 75 min 407 ton "Aİ-95" ("Premium") markalı benzin idxal edib: 

“Bu həmin müddətdə idxal olunan bənzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artması deməkdir. Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Ruminyadan idxal olunub. Belə ki, idxal edilən benzinin 60 faizdən çoxu şimal qonşumuzun payına düşüb. Bu məhsul idxalına görə, bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Ruminyaya isə 18 milyon 180 min dollar ödəmişik.

2020-ci ildə isə Azərbaycan 58 milyon 615 min dollar (99 milyon 646 min manat) dəyərində "Aİ-95" benzini idxal edib. Bu əvvəlki il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çox olub. Rəsmi rəqəmlərdən göründüyü kimi, Avro-5 standartına uyğun benzinin yerli istehsalının olmaması idxal nəticəsində hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olur”. 

Onun sözlərinə görə, yerli istehsalın təşkil edilməsi isə həmin vəsaitin ölkədə qalmasına imkan verə bilər:

“Bu baxımdan, idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarını qarşısının alınması üçün daha qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var. 

Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır”.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Beynəlxalq Valyuta Fondu COP29-a görə Azərbaycana dəstək göstərməyə hazırdır

Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir? (TƏFƏRRÜAT)

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? (VİDEO)

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar (VİDEO)

Xaricdən əczaçılıq məhsulları alışımız 70 milyon dollar azalıb

Sabah 30 dərəcə isti olacaq

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb - 18 məsələ

Dövlət Neft Fondu I rübdə 5,26 milyard dollar gəlir əldə edib

Azərbaycan nefti dünya bazarlarında neçəyə satılır?

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını artırıb

BVF: Qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək artıb

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin