“OPEC+” ölkələri ötən ay öhdəliklərini 116% yerinə yetirib
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin avqust ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 116% yerinə yetiriblər (iyul ayında bu göstərici 109% təşkil edib).
Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, ötən ay OPEC ölkələri razılaşmanı 118%, qeyri-OPEC ölkələri isə 112% yerinə yetirib.
Məlumata görə, "OPEC+" ölkələri üzrə avqustda gündəlik neft hasilatı 0,15 mln. barel azalaraq 41,58 mln. barel təşkil edib.
Xatırladaq ki, "OPEC+" pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırılıb. Bu ilin may ayında gündəlik hasilat 6,55 mln. barel, iyun ayına 6,2 mln. barel olub, iyulda isə 5,8 mln. barel təşkil edib.
Əlavə etmək lazımdır ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul ediblər.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay