Rusiya gələn il neft hasilatını 9 faizdən çox artıra bilər - PROQNOZ
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiya üzrə 2021-2022-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu dəyişməyib.
Bu barədə məlumat OPEC-in aylıq hesabatında əks olunub.
Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,78 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz göstəriciyə bərabərdir.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 11,78 mln. barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).
Proqnoza əsaslanaraq, qeyd etmək olar ki, bu ilin göstəricisi ilə müqayisədə gələn il Rusiya gündəlik neft və digər maye karbohidrogenlərin hasilatını 9,3% artıra bilər.
OPEC-in məlumatlarına görə, ötən il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 10,6 mln. barel olub.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay