OPEC gələn il üçün qlobal neft tələbatını yüksəltdi
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.
OPEC-in aylıq hesabatında bildirilir ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 6 mln. barel təşkil edəcək.
Beləliklə, cari il qlobal gündəlik neft tələbatının 96,7 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Buna baxmayaraq, OPEC gələn il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu artırıb.
Proqnoza görə, sözügedən göstərici 4,2 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisindən 0,9 mln. barel çoxdur. Nəticədə gələn il qlobal gündəlik neft tələbatının 100,8 mln. barel səviyyəsində olacağı gözlənilir.
Hesabatda qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,62 mln. barel olub, bu da illik müqayisədə 9,35% azdır.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay