Energetika
10.09.2021 / 11:48
Bu il Ceyhan limanından nə qədər BTC nefti nəql edilib? - AÇIQLAMA
17957
Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 136,876 milyon barel xam neft nəql edib.
Bu barədə Şirkətdən məlumat verilib.
Bu həcmdə xam neft 188 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 milyard 707,9 milyon barelə yaxın xam neft 4 847 tankerə yüklənib.
BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.
Mənbə: Report.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay