Fransanın enerji şirkəti İraqa 27 milryard dollar sərmayə yatıracaq
Fransanın "TotalEnergies" enerji şirkəti (əvvəlki adı "Total") İraqın Neft və Elektrik Enerjisi Nazirliyi və Milli İnvestisiya Komissiyası ilə ölkədəki müxtəlif enerji layihələrinə sərmayə yatırmaq məqsədilə müqavilələr imzalayıb.
Sərmayələrin ümumi həcmi 25 il ərzində 27 mlrd. ABŞ dolları təşkil edəcək. İnvestisiya yatırımı iki mərhələ çərçivəsində həyata keçiriləcək – ilk mərhələdə 10 mlrd. dollar, ikinci mərhələdə isə 17 mlrd. dollar həcmində sərmayə yatırılacaq.
Məlumata görə, "TotalEnergies" İraqda həm ənənəvi neft-qaz layihələrinə, həm də günəş enerjisinin inkişafı sahəsində müxtəlif layihələ sərmayə yatıracaq.
Xatırladaq ki, Fransanın "TotalEnergies" neft-qaz şirkəti hasilata görə "Royal Dutch Shell", "British Petroleum" və "ExxonMobil"dən sonra dünya lideridir.
Mənbə: "APA-Economics"
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay