Neftdə Səudiyyə Ərəbistanı endirimi
Neft qiymətləri, Səudiyyə Ərəbistanının asiyalı müştəriləri üçün neft qiymətlərini endirməsilə əlaqədar olaraq geriləyib.
Səudiyyə Ərəbistanı Oktyabr ayında təhvil veriləcək neftin qiymətində az qala gözlənilənin iki dəfə çox endirimə gedib.
Səudiyyə Ərəbistanının bazar payını itirməmək üçün endirim etdiyi təxmin edilir.
Koronavirusun Delta variantına yoluxanların artıması ilə və enerjiyə tələbin azalacağı narahtlıqları ilə bazardakı istehsalçıların bazar paylarını itirməmək üçün kəskin bir rəqabətdə olacağı düşünülür.
İran Prezidenti İbrahim Rəisi, Avstriyanın paytaxtı Viyanada keçirilən və iyunda fasilə verilən nüvə danışıqlarını yenidən başlamağa hazır olduqlarını ancaq təzyiq altında müzakirəni qəbul etməyəcəklərini söyləyib.
Bakı vaxtı ilə saat 09:28-də Brent nefti 1,2% ucuzlaşma ilə 71,76 dollardan, ABŞ xam nefti isə1,1% ucuzlaşma ilə 68,53 dollardan ticarət olunub.
Mənbə: Marja.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay