Karbohidrogenlərdən imtina dünyaya 140 trilyon dollara başa gələcək
2050 -ci ilə qədər karbohidrogenlərdən tamamilə imtina olunması dünya ölkələrinə ildə 140 trilyon ABŞ dollarına və ya dünya ÜDM-nin 3 %-nə başa gələcək.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Sberbank”ının rəhbəri German Qref deyib.
Onun sözlərinə görə, həmin vaxta qədər Rusiyanın enerji ixracatının azalması 190 milyard ABŞ dollarından çox ola bilər.
“Sberbank”ın rəhbəri hesab edir ki, karbon neytrallığına nail olmaq üçün dünya enerjisinin üçdə ikisi bərpa olunan mənbələrdən istehsal edilməlidir. Rusiya üçün mümkün nəticələr arasında o, 2035 -ci ilə qədər 179 milyard ABŞ dollarlıq və 2050 -ci ilə qədər 192 milyard ABŞ dollarlıq enerji ixracatının azalmasını adlandırıb.
Xatırladaq ki, iyul ayında Avropa Komissiyası Aİ-də transsərhəd karbon tənzimləməsinin tətbiqinə dair ilk təklifləri dərc edib. Bu, istehsal zamanı istixana qazı tullantıları olan Avropa Birliyinə mal tədarük edən ən böyük ixracatçılara təsir edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay