Bu il "Şimal axını-2" kəməri ilə qazın tədarükünə başlanıla bilər
Rusiyanın "Qazprom" şirkəti artıq bu ilin istilik mövsümündə "Şimal axını-2" boru kəməri ilə qazın nəqlinə başlaya bilər.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Aleksey Miller deyib.
"Qeyd etmək istərdim ki, hətta bu ilin sonunadək, bu istilik mövsümündə biz "Şimal axını-2" kəməri ilə ilk qazı Avropa bazarına tədarük edə bilərik", - A. Miller qeyd edib.
Qeyd edilir ki, bu il "Şimal axını-2" ilə qaz tədarükü 5,6 mlrd. kubmetr səviyyəsində ola bilər.
Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. Bu yaxınlarda "Qazprom" bildirib ki, kəmərin birinci xətti demək olar istismara hazırdır – buraxılış-sazlama işləri başa çatmaq üzrədir, ikinci xəttin tikintisi isə son mərhələdədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay