02.09.2021 / 11:46
Avropada qazın qiyməti tarixi maksimumu yeniləyib
17612
Avropa fyuçers bazarında qazın qiyməti çərşənbə günü yeni tarixi maksimuma çataraq, min kubmetr üçün 645 ABŞ dollarını ötüb.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, gün ərzində Avropanın ən likvid satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 645,9 dollara çatıb və ticarət sessiyasının sonunda təxminən 605,9 dollar olub.
Beləliklə, gün ərzində qiymətlər 6,2% korrektə olunub.
Qeyd olunur ki, TTF-də cümə axşamı çatdırılması şərti ilə "bir gün əvvəl" kontraktı üzrə qazın min kubmetr üçün spot qiymətində bir qədər azalma müşahidə edilib və nəticədə qiymət 608,2 dollara enib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay