Energetika
01.09.2021 / 19:52
Gürcüstanda yanacağın qiyməti bir ildə 56,9 faiz bahalaşıb
17597
Dünyada neft və neft məhsullarının qiymətinin artması Gürcüstana da təsirsiz ötüşməyib.
Valyuta.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən məlumat verilib.
Bildirilir ki, dünya bazarında neftin qiymətinin artması və Gürcüstan milli valyutasının dəyər itirməsi nəticəsində cari ilin iyul ayında benzinin qiyməti 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 56,9 faiz bahalaşıb.
Hesabat dövründə dizel yanacağının qiyməti 47,9 faiz artıb. Müvafiq olaraq illik inflyasiya iyulda 2,1 faiz təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay