01.09.2021 / 15:45
Türkiyə Rusiya qazının idxalını kəskin artırıb
17566
Bu ilin yanvar-iyun aylarında Rusiyadan Türkiyəyə 14 403,92 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 3 dəfə çoxdur.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) hesabat yayıb.
Hesabata görə, yanvar-iyun aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.
Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan 4 678,66 mln. kubmetr qaz idxal edib.
Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay