Ceyhan terminalından yola salınmış neftin həcmi açıqlandı
Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,7 mlrd. bareldən çox neft yola salınıb.
Valyuta.az xəbər verir ki, bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.
Məlumata görə, hesabat dövründə terminaldan 4 840 tanker neft ilə yüklənilib və yola salınıb. Bu il (sentyabrın 1-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 131 964,239 min barel neft 181 tankerə yüklənilərək göndərilib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən BTC-nin Türkiyə ərazisində istismarı ilə məşğul olur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay