Bu il TANAP xətti ilə Türkiyəyə nə qədər qaz nəql olunub? – HESABAT
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə təqribən 5,2 milyard kub metr təbii qaz ixrac edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarda əks olunub.
Hesabat dövründə Türkiyəyə TANAP xətti ilə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay