Energetika
23.08.2021 / 15:55
SOCAR İsveçrədə yükləmə məntəqələri inşa edəcək
17390
2023-cü ilədək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi – “SOCAR Energy Switzerland" şirkəti İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi inşa etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.
Ötən il SOCAR-ın brendi altında İsveçrədə fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinin (YDM) sayı 4,7 % artaraq 200-ə çatıb.
Qeyd edək ki, "SOCAR Energy Switzerland" şirkəti İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və "ExxonMobil" şirkətləri arasında imzalanan müqavilə əsasında "Esso Switzerland" şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay