Energetika
23.08.2021 / 10:23
Neft korreksiya səbəbindən bahalaşmaqdadır
17355
Ötən həftə 7-9 %-lik ucuzlaşmadan sonra dünya bazarlarında neft korreksiya səbəbilə 2 %-dək bahalaşmağa başlayıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:58-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 1,84 % bahalaşaraq, 1 bareli 65,64 ABŞ dollarına satılıb.
"WTI" neftinin sentyabr fyuçerslərinin qiyməti 1,8 % qalxaraq, 1 bareli 66,35 ABŞ dolları, oktyabr fyuçerslərinin qiyməti isə 1,82 % bahalaşaraq, 1 bareli 63,24 ABŞ dolları təşkil edib.
İnvestorlar COVID-19 infeksiyasının “delta” ştamının yayılmasının iqtisadiyyatların bərpasına təsir edəcəyindən narahatdırlar.
Bundan başqa, indeksi 0,18 % aşağı düşən ABŞ dolları da “qara qızıl”a dəstək verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay