Güclənən dollar nefti vurdu
Neft qiymətləri, ABŞ Mərkəzi Bankının (Fed) protokolları açıqlandıqdan sonra güclənən dollar və anbarlarda artan benzin ehtiyatları ilə əlaqədar olaraq bu həftə 6% ətrafında ucuzlaşma ilə bağlana bilər.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki Fed-in İyul yığıncağının protokollarında aktiv alışının (qiymətli kağız alışı ilə dövriyyəyə pul buraxılması) azaldılması meyli müşahidə edilsə də, bunun nə vaxt və hansı sürətdə ediləcəyinə dair işarə verilməyib.
Protokollara görə, bəzi Fed üzvləri iqtisadi şərtlərin qarşıdakı aylarda aktiv alışını (pul emissiyasını) azaltmağı tələb edəcəyini düşünür. Digər üzvlər isə alışın azaldılmasına gələn il başlamağın uyğun olduğunu hesab edir.
ABŞ anbarlarında benzin ehtiyatlarında yaşanan sürpriz artım da neft qiymətlərinə mənfi təsir edib. Enerji İnformasiya İdarəsinin açıqladığı rəsmi məlumatlara görə, xam neft ehtiyatları keçən həftə azalsa da, benzin ehtiyatları artıb. Bu da koronavirusun Delta variantının yayılması ilə yanacaq tələbini azaltdığı narahatlıqlarını artırıb.
Bakı vaxtı ilə saat 09:25-də Brent nefti 2,4% ucuzlaşma ilə 66.59 dollardan, Qərbi Texas nefti isə 2,8% ucuzlaşma ilə 63.66 dollardan ticarət olunub. Dünən Brent neftin qiyməti 66 dollardan da aşağı düşərək 65,58 dolları görümüşdü.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay