Energetika
20.08.2021 / 10:23
Altı günlük ucuzlaşmadan sonra neft bahalaşır
17285
6 günlük ucuzlaşmadan sonra neft korreksiya səbəbilə bahalaşmağa başlayıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:55-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin oktyabr fyuçersləri 0,5 % bahalaşaraq, 1 bareli 66,77 ABŞ dollarına satılıb.
"WTI" markalı neftinin sentyabr fyuçerslərinin qiyməti 0,6 % qalxaraq, 1 bareli 63,88 ABŞ dolları, oktyabr fyuçerslərinin qiyməti isə 0,58 % bahalaşaraq, 1 bareli 64,06 ABŞ dolları təşkil edib.
Həftə boyu “Brent” nefti 5,5 %, "WTI" markalı neft isə 6,7 % ucuzlaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay