Energetika
16.08.2021 / 14:41
Çin nefti “ucuzlaşdırır”
17052
Bu həftənin ilk günündə neftin qiymətində enmə müşahidə edilir. Ucuzlaşma nəticəsində "Brent” neftinin qiyməti 70 dollardan da aşağı düşüb.
Valyuta.az Sfera.az-a istinadən bildirir ki, neftin ucuzlaşmasına Çinin iqtisadi göstəricilərindəki dəyişiklik səbəb olub.
İyulda Çinin emal sənayesində artım sürəti zəifləyib, eyni zamanda iqtisadi artımın yavaşladığı görünüb. Bu məlumatların açıqlanmasından sonra "Brent” nefti 1 faizdən çox ucuzlaşıb.
Çində xam neft emalı da keçən ay, 2020-ci ilin may ayından bu yana ən aşağı gündəlik səviyyəsinə düşüb. Dünyanın ən böyük neft idxalçısı olan Çində mühüm iqtisadi göstəricilərin zəifləməsi neft bazarındakı qiymətlərə mənfi təsir göstərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay