Energetika
16.08.2021 / 13:24
Qazaxıstan neft və qaz hasilatını azaldıb - GÖSTƏRİCİLƏR
17047
Cari ilin yanvar-iyul aylarında Qazaxıstan 42,46 mln. tona yaxın neft hasil edib, bu da illik müqayisədə 3,5% azdır.
Valyuta.az bildirir ki, “APA-Economics”in Qazaxıstanını Milli Statistika Bürosuna istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 7,22 mln. ton qaz kondensatı hasil edilib, bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 4,3% azdır.
Məlumata görə, ilin yanvar-iyul aylarında ölkədə 13,05 mlrd. kubmetr təbii qaz hasil edilib, bu da 5,7% azalma deməkdir.
Bununla yanaşı, hesabat dövründə Qazaxıstanda 18,83 mlrd. kubmetrə yaxın səmt qazı hasil edilib (4,3% azalma).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay