Neft qiymətləri IEA-nın aylıq hesabatından sonra düşüb
Neft qiymətləri, Beynəlxalq Enerji Agentliyinin aylıq bazar hesabatının yeni növ koronavirusun Delta variantı narahatlıqlarını təsdiq etməsilə düşüb. Koronavirusun sürətli yayılan Delta variantının tələbin pisləşməsinə səbəb olacağı narahatlıqları ilə əlaqədar neft qiymətləri geriləyib.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) ilin geri qalan dövrü üçün tələb proqnozunu aşağı salıb. Qlobal investisiya bankı "Goldman Sachs" isə tələbin çox da mənfi təsir görməyəcəyini düşünür.
Çin və ABŞ-dakı pisləşmələr düşünüldüyündə neft bazarları gərgin bir gözləyiş içərisindədir.
Bakı vaxtı ilə saat 10:22-də Brent nefti 0,8% ucuzlaşma iə 70,71 dollardan, ABŞ xam nefti isə (Qərbi Teksas) 0,7% ucuzlaşma ilə 68,67 dollardan ticarət olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay