ABŞ "OPEC+" ölkələrini neft hasilatını artırmağa çağırır
Ağ Ev OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və onun müttəfiqlərini benzinin bahalaşmasına qarşı çıxmaq üçün neft hasilatını artırmağa çağırır.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə CNBC televiziya kanalı ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivana istinadən xəbər verir.
Telekanalın verdiyi məlumata görə, bu həftə ABŞ Prezidentinin administrasiyasının nümayəndələri Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ və digər "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələrinin nümayəndələri ilə danışıqlar aparıblar.
Ağ Ev hesab edir ki, "OPEC+" iştirakçılarının iyul ayındakı gündəlik neft hasilatını avqust ayından 2022-ci ilin sonuna qədər ayda 400 min. barel artırmaqla bağlı razılaşması "qlobal iqtisadi dirçəlişin kritik anında" kifayət etməyəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay