Energetika
05.08.2021 / 11:16
ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb
16594
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 3 626 min barel artaraq 439 224 min barel təşkil edib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 3 102 min barel azalacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay