BP bu ilin I yarısını mənfəətlə başa vurub - 8 MİLYARD DOLLAR
Cari ilin I yarısında Böyük Britaniyanın BP şirkətinin xalis mənfəəti ötən ilin müvafiq dövründə qeydə alınan 21 mlrd. 213 mln. zərərə qarşı 7 mlrd. 783 mln. ABŞ dolları təşkil edib.
Valyuta.az bildirir ki, “APA-Economics”in BP-nin hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə şirkətin gəlirləri 74 mlrd. 90 mln. dollar təşkil edib, bu da illik müqayisədə 43% artım deməkdir.
Hesabata əsasən, ilin I-ci yarısında şirkət üzrə orta gündəlik hasilat neft ekvivalentində 3 mln. 242 min barel təşkil edib, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 11,3% azalma deməkdir.
Qeyd edək ki, BP Azərbaycanda “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun və “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin aktiv iştirakçısıdır. Şirkət ölkədə ki digər neft-qaz layihələrində də geniş təmsil olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay