“Lukoil” Meksika şelfində yeni neft yatağı tapdı - Yatağın həcmi açıqlandı
Rusiyanın Lukoil və İtaliyanın Eni şirkətinin konsorsiumu, Meksikanın 10-cu blokunda Sayulita quyusunda kəşfiyyat qazma işlərindən sonra yeni neft ehtiyatları aşkar edib.
Valyuta.az-ın Marja.az-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətlər məlumat yayıb.
Şirkətlər bu tapıntının ikinci uğurlu quyu olduğunu bildirib.
Yeni kəşf sahəsi sahildən təxminən 70 km və 2020 -ci ildə Blok 10 -da tapılan Saasken yatağından yalnız 15 km məsafədə yerləşir. Ehtiyatların 150 ilə 200 milyon barrel neft ekvivalenti arasında olduğu təxmin edilir.
Əvvəlki kəşf - bu ilin fevral ayında aşkar edilmiş ehtiyatların 300 milyon barrelə qədər olduğu təxmin edilir.
Lukoil, 2018 -ci ilin noyabr ayında Blok 10 -a daxil olub. Rusiya şirkəti bu ortaq müəssisədə 20%, Eni (operator) 65%, Britaniyanın Capricorn şirkəti 15% paya sahibdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay