"Qazprom"un ixracı rekord həddə yaxındır
İlin əvvəlindən etibarən (7 ayda), Rusiya şirkəti "Qazprom"un qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% (46,4 milyard kubmetr) artıraraq 298,2 milyard kubmetrə çatıb.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, yeddi ay ərzində MDB xaricindəki ölkələrə təbii qaz ixracı 23,2% (21,7 milyard kubmetr) artaraq 115,3 milyard kubmetrə yuksəlib. Bu, tarixi maksimuma yaxındır.
"Beləliklə, Qazpromun ixracı rekord həddə yaxın həcmdə davam edir (2018 -ci ilin yeddi ayında 117,1 milyard kubmetr ilə rekord qırmışdı)", - qaz şirkətindən bildirilib.
Xüsusilə, ilin əvvəlindən etibarən Qazprom Türkiyəyə (203,9%), Almaniyaya (42,2%), İtaliyaya (16,2%), Rumıniyaya (318,3%), Polşaya (14,6%), Serbiyaya (118,1%), Fransaya (6%), Bolqarıstana (47%), Yunanıstana (18,8%) qaz ixracını artırıb. "Sibirin Gücü" qaz kəməri ilə Çinə qaz tədarükü də artmaqda davam edir.
"Qazprom" 2021 -ci ildə 506,5 milyard kubmetr qaz hasil etməyi planlaşdırır, bu da 2020 -ci illə müqayisədə 11,7% çoxdur. Bu il Şirkət Avropaya 175-183 milyard kubmetr civarında təbii qaz ixrac etməyi hədəfləyir. Həmçinin, Qazprom, 2021 -ci ildə Avropada qazın orta ixrac qiyməti ilə bağlı proqnozunu 1000 kubmetr üçün 240 dollara qaldırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay