Energetika
30.07.2021 / 18:45
Türkiyə Rusiya qazının idxalını 2,7 dəfə artırıb
16303
Bu ilin yanvar-may aylarında Rusiyadan Türkiyəyə 12 006,37 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) məlumat yayıb.
Hesablamalara görə, yanvar-may aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.
Türkiyə 2020-ci ilin yanvar-may aylarında Rusiyadan 4 522,12 mln. kubmetr qaz idxal edib.
Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay