Energetika
30.07.2021 / 11:06
“SOCAR Polymer” ixrac gəlirlərini nə qədər artırdı? - “İxrac İcmalı”
16287
Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Şirkətinin (SOCAR) 57%-lik törəməsi “SOCAR Polymer” MMC 96,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə Valyuta.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadən bildirir.
Qeyd edilir ki, bu göstərici ötən ilin eyni dövrü müqayisədə 48,7% çoxdur.
"SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay