BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
16158

Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün inşa edilən Trans-Adriatik Qaz Boru Kəmərində (TAP) 16 % paya malik olan İspaniyanın “Enagas” şirkətinin bu ilin birinci yarım ilində xalis mənfəəti bir ildə 9,8 % azalıb.

Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, bu ilin ilk yarım ilində İspaniya təbii qaz operatorunun xalis mənfəəti 213 milyon avro və ya 251,28 milyon ABŞ dolları təşkil edib.

Bununla belə, “Enagas” bütün il ərzində özünün 380 milyon avroluq xalis mənfəət göstəricisi hədəfini qoruyub saxlayıb. Şirkətdən bildiriblər ki, daha yüksək qazanc xarici törəmə şirkətlərindən əldə edilib ki, bu da şirkətin İspaniyadakı aşağı gəlirlərini qismən kompensasiya edib.

Bu ilin ilk yarısında “Enagas” özünün ABŞ-dakı törəməsi olan “Tallgrass Enerji” və TAP kəmərindən 113 milyon avrouq xalis mənfəət əldə edib. Bu göstərici 2020-ci ilin eyni dövründə 76 milyon avro təşkil edib.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

2020-ci il dekabrın 31-dən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. 

Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin