Energetika
23.07.2021 / 11:53
Neftin qiyməti 3 günlük bahalaşmadan sonra ucuzlaşır
15977
Dünya bazarında üçgünlük qiymət artımından sonra korreksiya səbəbindən neftin qiyməti ucuzlaşmağa başlayıb. Son günlərin qiymət artımı həftnin əvvəlində qeydə alınmış ucuzlaşmanı kompensasiya edib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9.14-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,37% ucuzlaşaraq, 1 bareli 73,52 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,35% aşağı düşərək, 1 bareli 71,66 dollar təşkil edib.
Son 3 gün ərzində qiymətlər ümumilikdə 7,5-8% bahalaşıb. Lakin həftənin birinci günü orta hesabla 7-7,5% ucuzlaşmanın qeydə alındığını nəzərə alsaq, qiymətlər əvvəlki səviyyəyə qayıdıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay