"OPEC+"da kompromisin olmaması defisiti artıracaq
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları tərəfindən iyul ayından sonra neft hasilatı səviyyəsi ilə bağlı kompromisin olmaması yalnız təklifin defisitini artıracaq və volatilliyin qorunub-saxlanılmasına səbəb olacaq, bu da nə istehsalçıların, nə də istehlakçıların maraqlarına uyğun deyil.
Valyuta.az-ın "APA-Economics"ə istinadın verdiyi məlumata görə, "OPEC+" razılaşmasının gələcəyi ilə bağlı aydınlıq olmayana qədər neft bazarlarında qeyri-stabillik müşahidə olunacaq.
Qeyd olunur ki, yüksək tələbat fonunda neft qiymətlərinin artımı nəqliyyat sektorunun elektrifikasiyasını və enerjiyə keçidi (karbohidrogenlərdən "yaşıl enerji"yə) sürətləndirə bilər. Bununla yanaşı, neft bazarındakı vəziyyət iqtisadi canlanmanın yavaşlamasına təsir edir (xüsusən inkişaf etməkdə olan ölkələrdə).
Xatırladaq ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib və müzakirələri 5 iyul tarixində davam edəcəyi barədə qərar verilib. Lakin, iyulun 5-də də danışıqlar baş tutmayıb. Razılığın əldə olunmamasının əsas səbəbi kimi razılaşmanın müddətinin uzadılması məsələsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.
Qeyd edək ki, "OPEC+" ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin sonunadək (hazırda razılaşma 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay