TAP Konsorsiumu: Bu məsələ Avropanın daha "təmiz enerji"yə keçidini dəstəkləyəcək
Azərbaycan qazını nəql edən Trans-Adriatik qaz boru kəməri (TAP) ilə qazın ötürülməsinə başlanmasından təxminən altı ay sonra Avropaya 3 mlrd. kubmetrdən çox qaz göndərilib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) deyib.
"Boru kəmərinin mövcud gücü ildə təxminən 10 mlrd. kubmetr olduğu halda, mərhələlərlə genişləndirilərək TAP-ın ilkin gücü iki dəfə artırıla bilər", - deyə L. Şipati qeyd edib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, Avropa bazarına əlavə qaz resursları daxil olacaq, hansılar ki, daha "təmiz enerji" strukturuna keçidi dəstəkləyəcək, xüsusən də Cənub-Şərqi Avropada.
Qeyd edək ki, TAP konsorsiumu 12 iyul tarixində kəmərin genişləndirilməsi ilə bağlı 2021-ci il üzrə bazar testinin başlanılması barədə elan edib.
Hazırda TAP konsorsiumu üç genişləndirmə ssenarisi təklif edir: məhdud genişləndirmə (təqribən 14,4 mlrd. kubmetrədək), qismən genişləndirmə (təqribən 17,1 kubmetrədək) və tam genişləndirmə (20 mlrd. kubmetrədək).
Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay